Millət vəkili Berlini qondarma erməni soyqırımı yalanlarına dəstək verməməyə çağırıb

Millət vəkili Berlini qondarma erməni soyqırımı yalanlarına dəstək verməməyə çağırıb

 
 
 Millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar Mehmet  Perinçek Almaniyanın Nürenberq şəhərində başda Atatürkçü Düşüncə Dərnəyi olmaqla Türk və Azərbaycan diaspor təşkilatlarının qondarma erməni soyqırımı yalanlarının Alman cəmiyyətinə daha geniş tanıdılması ilə bağlı "Erməni Soykirimi iddialari və Gercekler" adlı konfransda geniş məruzə ilə çıxış ediblər. Türkiyənin Nürenberq Baş konsulunun və Mehmet Perinceyin çıxışından sonra millət vəkili Qənirə Paşayeva geniş  məruzə ilə çıxışında qondarma erməni soyqırımı yalanlarının tarixi, iddialarının heç bir tarixi sübuta söykənmədiyi, erməni diaspor və lobbisinin Türkiyə və Türk Dünyası əleyhinə apardığı məqsədyönlü iftira, böhtan siyasəti barədə geniş məlumatlar verdikdən sonra Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarını qınayıb və təşkilat bununla yalan və ədalətsizliyə dəstək verib deyib. O, bəzi Avropa ölkələrinin də bununla bağlı aldığı qərarları kəskin tənqid edərək bəzi ölkələr və qurumların bu məsələdən öz maraqları üçün istifadə etdiyini bildirib. O, Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bugünkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı da geniş çıxış edib. O bildirib ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq  bu günə qədər  ATƏT-in  Minsk  qrupu həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıblar.  İşğalçı Ermənistana bunun üçün heç bir  təzyiq göstərmirlər. 22 ildən çoxdur ki, 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. 
 
Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını  bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa və qondarma erməni soyqırımı yalanlarına dəstək verməməyə  çağırıb. ”Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu,  amma təəssüf ki, biz  Avropalı siyasətçi həmkarlarımızın, liderlərinin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Amma 100 il əvvəl olmayan hadisələri araşdıraraq olmayan hadisələrə oldu deyə dəstək verirlər, yalanlara dəstək verirlər. Almanıyanın dünyada ən böyük türk diasporunun  olduğu ölkələrdən biri olduğunu xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən Azərbaycan və Türk diaspor təşkilatları rəsmiləri və üzvlərinə də səslənib.  Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə, Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması üçün çalışmalıdır. O bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib.  
 
Tədbirin sonunda millət vəkili tədbir iştirakçılarına  Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib. Eyni zamanda özünün həmmüəllifi olduğu “Xocalı Soyqırımı tanıkların dilindən” kitabını da imzalayaraq tədbir iştirakçılarına verib.
Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR