Millət vəkili Q.Paşayeva AŞPA-da Avropanın qaçqın və köçkünlər siyasətini tənqid edib və azərbaycanlı köçkünlərin çağırışını səsləndirib.
AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, üzləşdiyi problemlərlə bağlı 3 qətnamə layihəsinin geniş müzakirəsi zamanı çıxış edən Azərbaycan nüməyəndə heyətinin üzvü Q.Paşayeva deyib: "İnsanları köçkün salan, köçkünə çevirən səbəblərə qarşı Avropa, Avropa Şurası, AŞPA və digər Avropa qurumları ciddi mübarizə aparmalıdırlar. İnsanları köçkün salan səbəblərə qarşı sərt mübarizə olmasa köçkünlərin sayı daha da artacaq. Mən Ermənistanın Azərbaycan torpaqlarını 20 % işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin təmsilçisiyəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki işğaldan azad etmir və 1 milyon azərbaycanlı bu gün də köçkün həyatı yaşayır. Köçkün həyatının nə olduğunu biz çox yaxşı biliriik. Nə edirsiniz edin öz evini itirmiş bir insanın acısını azaltmaq asan deyil. Bu çox böyük bir acıdır. Bizim insanlarımız hələ də bu acı içərisində yaşayır amma beynəlxalq qurumlardan duyarlı münasibəti görə bilmirlər. Suriya və İraqdan olan köçkünlərə gəlincə demək istəyirəm ki mən bir müddət əvvəl Türkiyədə onlarla, onların təmsilçiləri ilə görüşdüm. Türkiyə dövlətinə və xalqına köçkünlərə böyük dəstəklərindən dolayı təşəkkür edirəm. Türkiyə onların bir ümid, xilas qapısıdır və Türkiyəyə çox təşəkkür edirdilər. Türkiyədə 3 milyon köçkün var. Bu çox böyük bir rəqəmdir. Bəzi ölkələrin əhalisinin sayı qədər. Bu qədər köçkünə dəstək göstərmək çətindiir və mən Avropanı, üzv ölkələri və Avropa Şurasını bu gün dünyada ən çox köçkünün olduğu ölkə olan Türkiyəyə daha çox dəstək göstərməyə çağırıram. Mən Assambleyamızı da buna çağırıram. Çünki Türkiyənin köçkünlər məsələsində Avropa tərəfindən həm maddi həm də mənəvi anlamda yalnız buraxıldığını görürük. Türkiyənin köçkünlərlə bağlı milyardlarla dollar yardımları yanında beynəlxalq ictimaiyyətin dəstəyi çox azdır və Avropa məsuliyyətin bir hissəsini üzərinə götürərək dəstəyini artırmalıdır və Türkiyə kimi köçkünləri qəbul etdiyi zaman etnik və dini fərq qoymamalıdır köçkünlər arasında. Təssüf ki, bi sıra Avropa ölkələrində bu yanaşmanı görmürük. Bir müddət əvvəl Türkiyədə köçkünlərlə görüşdüyümüz zaman onlar bizdən səslərini burda duyurmağı istədilər. Mən onların və azərbaycanlı məcburi köçkünlərin sizə söylədiklərini söyləmək istəyirəm. Öz evlərindən köçkün düşmüş insanlar Avropanı onları köçkün salan səbəblərlə daha fəal və sərt mübarizəyə çağırır. Səbəblərlə mübarizə güclənməzsə köçkünlərin sayı azalmayacaq əksinə daha da artacaq və problemlər də daha da gərginləşəcək. Ötən gün Avropa Komissiyasının rəhbəri burada çıxış edən zaman biz ondan "Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğaldan saxlaması səbəbindən 20 ildər artıqdır ki, özü evinə dönə bilməyən insanlar öz evlərinə dönə bilmək üçün sizdən dəstək gözləyir. Nə söyləmək istərsiniz"-deyə soruşduğumuzda insanları köçkün salan səbəblər, işğallar bitməli, köçkünlərin öz evlərinə dönməsinə icazə verilməli kimi konkret və sərt yanaşma əvəzinə ümumi ifadələrlə cavab verməsini üzüntü ilə qarşıladıq. Bunu vurğulamaqda məqsədim odur kii, insanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. İnsanlar evlərinı işğallar üzündən, terror səbəbindən tərk edir, ölümdən qaçırlar. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Evlərindən köçkün düşmüş insanlara dəstək olmaq bir insanlıq vəzifəsidir və mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram.