Millət vəkili Aksaray valisi ilə Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib

Millət vəkili Aksaray valisi ilə Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib


Millət vəkili Q.Paşayeva Aksaray valisi və bölgənin nüfuzlu təşkilatları ilə görüşüb və  Qarabağ həqiqətlərinin daha  geniş  yayılmasını müzakirə edib.

 Aksaray Ticarət Odası Kadın Kollarının dəvəti ilə Türkiyənin Aksaray bölgəsində konfrans verən millət vəkili Q.Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray valisi Aykut Pekmez ilə  görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Aykut Pekmez  azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. "Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyəolaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Aksaray arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə "QənirəPaşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Aksarayın  da yer alacağını bildirib. "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili "Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə "mənim”, "sənin” yox, "bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray valisini ölkəmizə dəvət ediblər. Onlar görüş zamanı Aksarayda  təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş ediblər.  Vali Aykut Pekmez  millət vəkili Q.Paşayevanın və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın  Aksarayda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq  bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva  Aksarayda yeni konfrans təklifini qəbul etdiklərini və yaxın zamanlarda təkrar gələcəklərini söyləyib. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksarayda  Ticaret ve Sanayi Odası  və Aksaray Ticaret Borsasını da ziyarət ediblər. Aksaray  Ticaret ve Sanayi Odası  Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkök və hər iki qurumun üzvləri ilə görüş zamanı Azərbaycanla bağlı, ölkəmizin iqtisadi potensialı, sərmayə mühiti barədə geniş məlumatlat verilib və Aksaraylı iş adamları ölkəmizə dəvət olunub. Azərbaycanı çox sevdiklərini söyləyən Aksaray  Ticaret ve Sanayi Odası  Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkök ölkəmizi mütləq ziyarət edəcələrini, Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarının söyləyiblər.  Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksarayda Ticaret ve Sanayi Odası  Qadın Qolları başqanı Aysun Akkurtla da görüşüblə və görüş zamanı fəal qadınlarımız arasında, qadın təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi  məsələsi geniş müzakirə olunub. Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Ticaret ve Sanayi Odası  Yönetim Kurulu Başkanı Ahmet Koçaş ve Aksaray Ticaret Borsası Yönetim Kurulu Başkanı Hamit Özkökə, və  Sanayi Odası  Qadın Qolları başqanı Aysun Akkurta Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı  materiallar, kitablar, sənədli filmlər hədiyyə ediblər.
 
 
 
 

Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR