“Milan” klubuna yeni baş direktor təyin olunub

“Milan” klubuna yeni baş direktor təyin olunub
  • İDMAN

 İtaliyanın "Milan” klubuna yeni baş direktor təyin olunub.

"Report” xəbər verir ki, klubun səhmdarlarının bu gün baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.
Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.
2009-cu ildə İngiltərənin "Arsenal” klubunun icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından "Milan” klubunda yer alıb.
 
Aktual.az
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR