"Milan" "İnter"lə oyunda dava salan futbolçularını cərimələyib


İtaliyanın "Milan" klubu futbolçuları Frank Kessye və Lukas Bilyanı cərimələyib.


"Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, buna hər iki oyunçunun A Seriyasının XXVIII turunda "İnter"lə matçda insident törətməsi səbəb olub.

Üstəlik, baş məşqçi Cennaro Qattuzo Kessyenin davranışlarından narazı olduğu üçün yarımmüdafiəçi daha ciddi sanksiyalarla üzləşə bilər.

Qeyd edək ki, Lukas Bilya və Frank Kessye görüşün 69-cu dəqiqəsində dava ediblər. Milan derbisi "İnter”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR