Mikayıl verilişinin bağlanmasından danışdı — AÇIQLAMA

Mikayıl verilişinin bağlanmasından danışdı   — AÇIQLAMA

Son günlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) telekenallarla bağlı verdiyi qərarlar cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Bir çoxlarının marağına səbəb olan məqamlardan biri isə MTRŞ-nin hər həftəki buraxılışında sosial şəbəkələrədə və saytlarda tənqid olunan "Sevimli şou" barədə heç bir cəza xarakterli qərarının olmamasıdır. Hətta bəzi sosial şəbəkə istifadəçiləri sözügedən verilişin bağlanmasını tələb edirlər.

Gecce.az xəbər verir ki, Ölkə.Az bununla bağlı şounun aparıcısı Mikayıl Güləddinoğlunu danışdırıb.

Aparıcı bildirib ki, sosial şəbəkələrdə veriliş haqqında yazılanlar onu maraqlandırmır:

"Mənimçün önəmli olan MTRŞ-nın verdiyi tövsiyyələrdi. Biz həmin tövsiyyələrdən bəhrələnmişik. Artıq üç həftədir verilişi o istiqamətdə aparırıq. Dəvət olunan qonaqlar əməkdar artistlər və xalq artistləridir, kifayət qədər sözünü demiş sənətkarlardır. Efirdə də təsniflər, muğamlar və xalq mahnıları oxunur. Kimin nə yazdığına deyil, göstərilən tapşırıqlara önəm verirəm. MTRŞ rəhbəri mənə bu istiqamətdə yol göstərib. Bildirilib ki, ciddi sənət adamları dəvət edilsin. Birinci gün əməkdar artistlər Cabir Abdullayev və İlkin Əhmədov, xalq artisti Könül Xasıyeva qonağımızdır".

M.Güləddinoğlu deyib ki, MTRŞ-nin tövsiyyəsinə uyğun olaraq, proqrama gənc, eyni zamanda sözünü demiş sənətçilər də dəvət olunacaqlar.

// Aktual.az

Xəbər 6461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR