Mikayıl Cabbarov işdən çıxarılan rektora vəzifə verdi

Mikayıl Cabbarov işdən çıxarılan rektora vəzifə verdi

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədova yeni vəzifə verilib.

Aktual.az azxəbər.com-a istinadən xəbər verir ki, 2 gün öncə ADPU rektoru vəzifəsindən azad olunan Yusif Məmmədov Təhsil Nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Yusif Əbülfət oğlu Məmmədov 24 yanvar 1950-ci ildə Qərbi Azərbaycan Sisiyan rayonunun Dəstəgird qəsəbəsində anadan olub.

1966-cı ildə orta məktəbi "Qızıl medal"la bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) Mexanika-riyaziyyat fakültəsinə daxil olub, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun Riyazi-fizika tənlikləri kafedrasında saxlanılıb, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlib.

2000-2004-cü illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı,
2004-2006-cı illərdə BDU-nun I prorektoru - Elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb.
2006-cı il aprelin 21-də isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilib.
1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri doktorudur.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR