"Ümid edək, amma vəziyyəti yaxşı deyil" — Tahir İmanov Bəhram Bağırzadədən danışdı


Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

Aktual.az xəbər verir ki, bu barədə jurnalist Fərid Azəri "Facebook" səhifəsində məlumat verib.

"İndicə Tahir İmanov ilə danışdım. Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur. O, əlavə açıqlama vermədi: "Xahiş edirəm, məni üzrlü hesab edəsiniz. Əlavə heç bir məlumat verə bilməyəcəyəm. Sadəcə, yaxşıya ümid edək, amma vəziyyəti yaxşı deyil" - o yazıb.

Qeyd edək ki, hazırda Bəhrəm Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur.(ölkə.az)
Xəbər 1487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR