ABŞ-ın “Microsoft” korporasiyası onu patent hüquqlarını pozulmaqda ittiham edən “InterDigital” şirkəti ilə aparılan məhkəmə dinləmələrində qalib gəlib.
Aktual.az Report-a xəbər verir ki, ötən gün ABŞ Beynəlxalq Ticarət Komissiyası məhkəmənin bir müddət əvvəl “InterDigital”ın patentləşdirdiyi texnologiyaların "Microsoft” tərəfindən mobil telefon istehsalı prosesində icazəsiz istifadəsinə görə cəzalandırılması ilə bağlı çıxarılan qərarını rədd edib.
Məlumata görə, mənzil-qərargahı Delaver ştatında yerləşən “InterDigital” 20 mindən çox müxtəlif texnologiya patentinə malik olmaqla, onların dünyanın yüksək texnologiyalı şirkətləri üçün lisenziyalaşdırılmasını təklif edir:
"2007-ci ildə “InterDigital” ABŞ Beynəlxalq Ticarət Komissiyasına müraciət edərək Finlandiyanın “Nokia” mobil telefon istehsalçısını iki patent hüququnu pozmaqda ittiham edib. Onlardan biri smartfonlarda səsin gücünün tənzimlənməsinə aid olub. Ötən il ABŞ istehsalçısı “Nokia”nın mobil telefon istehsalı bölməsini satın almasına görə “InterDigital” tərəfindən irəli sürülən bütün iddialar "Microsoft”a şamil edilib.
2015-ci ilin aprelində komissiya tərəfindən təyin edilən hakim Teodor Esseks irəli sürülən ittihamları əsaslı sayaraq "Microsoft” məhsullarının ABŞ ərazisinə idxalının qadağan edilməsi ilə bağlı ilkin qərar çıxarıb. Lakin qərarın sonradan bütün komissiya üzvləri tərəfindən təsdiq edilməsi tələb olunurdu. Onlar cümə günü bir araya gələrək əvvəl çıxarılan qərarı ləğv ediblər".
Xəbər 479 dəfə oxunub.