Yunanıstanda amerikalı arxeoloqların apardıqları qazıntı işləri unikal tapıntı ilə sonuclanıb. Onlar 3500 il əvvəl ölmüş əsgərin skeletini tapıblar.
Aktual.az European-a istinadən bildirir ki, məzarın içində qızıl küp, qızıl üzüklər, gümüş qılınc ilə bahəm, fil dişindən yonulmuş sap formasında zəncir də var.
Yunanıstanın Mədəniyyət Nazirliyinin açıqlamasına görə, arxeoloqlar ölkədə son 65 ilin ən önəmli tapıntısına nail olublar.
Mora yarımadasındakı Nestor Sarayının qalıqlarında tapılmış bu əşyaların Krit sivilizasiyasına aid olduğu deyilir.
Qazıntı işlərini ABŞ-dakı Sinsinati Universitetinin alimləri aparırlar.