Deputatlığa namizədliklərini irəli sürmüş şəxslər təqdim etdikləri sənədlərinin düzgünlüyünə diqqət yetirməlidirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında mülkiyyət barədə düzgün məlumat təqdim etməməyə görə, namizədliyin qeydə alınmamasına münasibət bildirərkən deyib.
M.Pənahov bildirib ki, dünya praktikasında da bu məsələyə çox həssaslıqla yanaşılır, ən məşhur, imkanlı şəxslər belə bağışlanmır: “Məsələn, Lionel Messi də vergiləri gizlətməkdə günahlandırıldı. Baxmayaraq ki, belə məşhur şəxs üçün 5-3 milyon vergi heç nədir".