Məzahir Pənahov: "Beynəlxalq təşkilatlarla əməkdaşlığa əhəmiyyət veririk"

Məzahir Pənahov:

Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüblər.

Aktual.az "Report"a istinadən məlumatına görə, MSK sədri Məzahir Pənahov MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevi və nümayəndə heyətinin üzvlərini salamlayaraq görüşdən məmnunluğunu bildirib. Sədr Məzahir Pənahov həmçinin qeyd edib ki, rəhbərlik etdiyi ali seçki qurumu beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev seçkilərlə bağlı həyata keçirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıb. Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi atılmış addımlar barədə qonaqları ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Aktual.az

Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR