"Bəzi müğənnilər Şəbnəm Tovuzlunun qırıntılarıdır”.
Aktual.az xəbər verir ki, bu sözləri "Heç vaxt, heç yerdə” proqramında meyxanaçı Tərlan Novxanı deyib. O, fikirlərinə bunları da əlavə edib:
"Şəxsi düşüncəmi dilə gətirə bilərəm. Bunu nə Vəfa Şərifovanı, nə də Nəfəsi nəzərdə tutub demişəm. Aqressiya ilə qarşılamayaq. Bura qalmaqal yaratmağa gəlməmişəm, Nəfəsi də, Vəfanı da dinləyirəm. Onlar məni dinləməyə bilər. O ki qaldı kiməsə şedevr deməyə... Bizim şedevrdən danışmağımıza çox var”.
Xəbər 644 dəfə oxunub.