“Meyitdən donor kimi istifadə olunması üçün hökumət qərar verməlidir”

“Meyitdən donor kimi istifadə olunması üçün hökumət qərar verməlidir”

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi uzun illərdir Milli Məclisin iclasında müzakirə üçün tövsiyə olunsa da, indiyədək qəbul olunmayıb. Qanun layihəsinin müzakirələri zamanı bir sıra mübahisəli məqamlarla bağlı deputatlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi fikirlər səsləndirib.  
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, qanun layihəsində yalnız bir mübahisəli məqam qalıb: “Cinsi hüceyrələrin donorluq məsələsinə Qafqaz Müsəlmanları İdarəsi razı deyil. Ancaq onların fikri əsas deyil, çünki bizdə din dövlətdən ayrıdır.
 
Dövlətin öz qanunları, dinin öz qanunları var. Deputatların çoxu həmin bəndin qəbul olunmasının əleyhinə idi. Ona görə bu məsələ qaranlıq qalıb. Növbəti seçkidə Milli Məclisin yeni tərkibi formalaşandan sonra baxarıq, bunu yenidən qaldırarıq və müzakirə olunar”.  
 
Deputat oqran transplantasiya ilə bağlı meyitdən orqan götürülməsi məsələsinin hökümətin üzərində olduğunu vurğulayıb:
 
“Orqan transplantasiyası ilə bağlı qanunvericilikdə heç bir problem yoxdur. Meyitdən donor kimi istifadə olunması, orqanın götürülməsi işinin təşkili hökümətin öhdəsindədir.
 
Nazirlər Kabineti beyin ölümünün kriteriyalarını müəyyənləşdirib qərar qəbul etməli, bundan sonra Səhiyyə Nazirliyi xüsusi klinikalar müəyyənləşdirməlidir ki, orada meyitdən orqanı götürüb transplantasiya etmək mümkün olsun.
 
Bu məsələ ancaq hökümətin üzərindədir, qanunvericilik tərəfdən heç bir problem yoxdur. Qanunvericilik həm canlı orqanizmdən, həm də meyitdən orqan köçürülməsinə hüquqi əsaslar yaradır”. (modern.az
Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR