"Frayburq” çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik.
Aktual.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının G qrupunun birinci turu çərçivəsində Almaniyanın "Frayburq” komandasının qonağı olacaq "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.
"Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir. Çox intizamlı komandaya qarşı oynayacağıq. Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçisinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimadı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”, - Q. Qurbanov deyib.
Qeyd edək ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Xəbər 374 dəfə oxunub.