Haiti adasında "Metyu" qasırğasının qurbanlarının sayı 877 nəfərə çatıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə xəbəri "Reuters" agentliyi yayıb.
Son dəfə ölənlərin sayının 842 nəfər olduğu açıqlanmışdı.
"Metyu" qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida, Cənubi Karolinada və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib.