ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 9 nəfər ölüb, 4 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib, yollar yararsız vəziyyətə düşüb, məktəblər bağlanıb.
Virciniya ştatında külək ağacları qırıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.