“Metsamor AES bütün region üçün ciddi təhlükədir” - Azər Verdiyev

“Metsamor AES bütün region üçün ciddi təhlükədir”   - Azər Verdiyev

7News.az-ın məlumatına görə son bir ildə region ölkələri Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı ciddi bəyanatlar verirlər. Bunun da əsas səbəbi AES-in istismar vaxtının keçməsi və digər məqamlarla bağlı olduğu bildirilir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev problemin daha ciddi olduğunu dedi: “Metsamor seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyidir. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılıb, amma bir bloku 1993-cı ildə yenidən işə salınıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə qərar qəbul edilib ki, yeni AES tikilsin, bu AES-in tikintisi də maliyyə çatışmazlığı ucbatından dayandırılıb. Təbii ki, Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir, o qədər də etibarlı işləməyən AES-dir. Ona görə də beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın, yəni beynəlxalq agentlik bundan sonra Metsamor AES-in işləməsinə icazə verməsin. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir. Hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər, media orqanları bu ciddi təhlükə ilə bağlı dünyaya durmadan ismarıclar göndərməlidirlər”

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR