"Metsamor" AES bütün dünya üçün təhlükədir


"Metsamor" atom elektrik stansiyası (AES) təkcə Ermənistanla sərhəd ölkələr deyil, bütün dünya üçün təhlükədir.

Aktual.az bildirir ki, bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusuf Çinar deyib.

Onun sözlərinə görə, "Metsamor" AES istənilən an Yaponiyanın "Fukusima-1" AES-nin taleyini yaşaya bilər.

Ekspert əlavə edib ki, elmi məruzələrə əsasən, elektrik stansiyasının istismar müddəti çoxdan başa çatıb.

Y.Çinarın sözlərinə görə, Avropa İttifaqının stansiyanı bağlamaqla bağlı çoxsaylı çağırışlarına Ermənistan heç bir reaksiya vermədi ki, bunun da iki səbəbi var: "Birincisi, Ermənistan "Metsamor" AES-in hesabına öz enerji tələbatını ödəyir. İkinci səbəb isə siyasidir: atom elektrik stansiyası Türkiyə və Azərbaycanın yaxınlığında yerləşir və bu ölkələrin təhlükəsizliyinə təhdid törətməyə davam edir".

O qeyd edib ki, dünya ictimaiyyəti bu real təhlükəyə lazımi diqqət ayırmalıdır.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR