Metropolitendən "Avtovağzal" AÇIQLAMASI

Metropolitendən

Metronun "Avtovağzal" stansiyası 2016-cı ilin ilk yarısında istifadəyə verilə bilər.
Aktual.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, sözügedən stansiyanın tikinti işləri başa çatıb:

"İşlər yekunlaşmaq ərəfəsindədir. Tikinti tam başa çatıb, abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir".

N.Paşayev əlavə edib ki, həmin istiqamətdə 8-ci çıxışı olan Biləcəri istiqamətindəki keçiddə də son tamamlama işləri aparılır.

Qeyd edək ki, Metronun "Avtovağzal" stansiyasının tikintisinə 2011-ci ildə başlanılıb.

Xəbər 527 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR