Metropolitençilərin peşə bayramı günü dəyişdirildi

Metropolitençilərin peşə bayramı günü dəyişdirildi

Prezident İlham Əliyev "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
Aktual.az-ın xəbərinə görə, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
 
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
 
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.


Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR