Metronun qarşısında öldürülən oğlanın ailəsi: "Qız ona yalan danışıb" - FOTO

Metronun qarşısında öldürülən oğlanın ailəsi:

Dünən Bakının Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Aktual.az xəbər verir ki, qətlə yetirilmiş 21 yaşlı Ələkbər Muxtarovun ailə üzvləri lent.az-a bildirib ki, o, 1 aya yaxın vaxtda sosial şəbəkədə tanış olduğu qızla əlaqə saxlayırmış: "Həmin qız Ələkbərə yaşının 19 olduğunu deyib. Sonra qız onu görüşə çağırıb. Görüşdən 1 saat əvvəl isə elə qızın öz nömrəsindən qardaşı Ələkbərə zəng edib, görüşmək istədiyini deyib. Ələkbər də "problem yoxdur" deyərək gedib. Elə orada da öldürüb". 

Bildirilir ki, Ə.Muxtarov hərbi xidmətdən qayıtdıqdan sonra "Sovetski"dəki yaşayış binalarının birində mühafizəçi işləyirmiş.
 
21 yaşlı Ələkbər bu gün Bülbülədə dəfn edilib.
 
 
 
 
Aktual.az

Xəbər 5460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR