Mayın 29-da günorta saatlarında Bakıda 51 yaşlı kişi intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Abdullayev Adəm Qibləli oğlu metronun “28 May” stansiyasının yaxınlığında özünə xəsarətlər yetirib. 51 yaşlı kişi "28 Mall" ticarət mərkəzinin qarşısında ülgüclə sol qoluna xəsarətlər yetirərək özünü öldürməyə cəhd edib.
O, xəstəxanaya çatdırılıb. Hadisənin səbəbi araşdırılır.
Aktual.az