Təmir-bərpa işləri ilə əlaqədar bağlanan Bakı metrosunun "Cəfər Cabbarlı” stansiyasının birinci yolu sabah açılacaq.
Aktual.az xəbər verir ki, bunu "Bakı Metropliteni”nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
O bildirib ki, stansiyada iki həftəlik təmir işləri nəzərdə tutulsa da, təmir qısa müddətdə başa çatıb.
Qeyd edək ki, dekabrın 7-dən Bakı metrosunun "Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bağlanmışdı.
Aktual.az
Xəbər 303 dəfə oxunub.