Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək

Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək

Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.
Aktual.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:
"2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.
"Noyabr-dekabr aylarına qədər gətiriləcək 7 qatarın hər biri xəttə buraxılacaq və bununla da demək olar ki, Bakı metrosunda Həzi Aslanov-Dərnəgül istiqamətində qatarların böyük əksəriyyəti yeni nəsil qatarlar olacaq”, – deyə o, əlavə edib
Xəbər 822 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR