Formula 1 yarışları ilə əlaqədar metronun bəzi stansiyaları 2 saat çox işləyəcək.
Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, bu qərar yalnız 3 stansiyaya şamil edilir: "İyunun 17-18-19-da, yəni ardıcıl 3 gün ərzində metronun "İçərişəhər", "Sahil" və "28 May" stansiyaları gecə saat 02:00-a qədər açıq olacaq. Digər stansiyalar isə gecəyarı, saat 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq, ancaq çıxış açıq qalacaq".
Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakının mərkəzi küçələrində Formula 1 üzrə Avropa Qran Prisi keçiriləcək.