Metroda qadınları qarən edən Sumqayıt sakini 9 il cəza alıb - (FOTO)

Metroda qadınları qarən edən Sumqayıt sakini 9 il cəza alıb - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Vidadi Nəzərovun CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il yanvarın 26-da metronun "28 May” stansiyasında Bakı ş. sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb. Martın 10-da Bakı ş. Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Metropolitendə polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Vidadi Nəzərov və Ramin İsgəndərov tutulublar. Üzərlərinə baxış zamanı onlardan ümumilikdə 0,321 qram heroin aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, bundan əlavə martın 9-da saxlanılan şəxslər E.İsgəndərovaya, G.Ağayevaya və T.Əliyevaya məxsus mobil telefonları oğurlayıblar. 

Məhkəmənin hökmü ilə V.Nəzərov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 


Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR