Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vidadi Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Nəzərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov tutulub. Onun daha üç qadına məxsus mobil telefonları oğurlaması da müəyyənləşib.
Aktual.az
Xəbər 225 dəfə oxunub.