Bu gün saat 09:25-də "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.
Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.
Aktual.az
Xəbər 434 dəfə oxunub.