Bu məsələ hələlik uzaq perspektivdədir. Hazırda yalnız təhlillər aparılır və yaxın gələcəkdə konkret qərarın verilməsi nəzərdə tutulmur. Dünya təcrübəsi öyrənilir və mövcud yanaşmalar araşdırılır.
Bu barədə
Aktual.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov metroda gediş haqqının məsafəyə görə tətbiqi haqda danışarkən deyib.
"Diferensial ödəniş mexanizmlərinin hər birinin özünəməxsus texniki şərtləri və tələbləri mövcuddur. Hansı mexanizmə üstünlük veriləcəyi ilə bağlı danışmaq üçün hələ tezdir”, - o bildirib.
Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparıldığını və bunun yaxın gələcəkdə tətbiqinin mümkünlüyünü açıqlamışdı.
Xəbər 66 dəfə oxunub.