Bakı Metropolitenində müəyyən ölçüdə böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin nəzərdə tutulması barədə qərar yeni deyil.
Bunu Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
"Bu qayda Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq etdiyi "Bakı Metropolitenindən istifadə qaydaları” haqda qanunun maddələrindən biridir.
Həmin maddə belədir:
"Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər”, - Məmmədov bildirib.(axar.az)
Xəbər 39 dəfə oxunub.