Hər gün metrodan 700 minə yaxın sərnişin istifadə edir. Amma elə sərnişinlər var ki, onlar yeraltı ictimai nəqliyyat vasitəsinə ziyan vurur. Ən çox da oturacaqlara.
Aktual.az-ın "Xəzər xəbər”ə istinadən məlumatına görə, müşahidələr onu göstərir ki, xüsusən də gənc nəsilin nümayəndələri vaqonda əl tutacağına və oturacağa saqqız yapşdırırlar. Belə sərnişinlərə qarşı cərimələr tətbiq edilsə də, görünən odur ki, onların bu əməldən əl çəkmək fikri yoxdur.
Metronu çirkləndirən sərnişinlərə qarşı cəzaların tətbiq edilməsinə daha ciddi nəzarət ediləcək.
''IV İslam Həmrəyliyi'' oyunları öncəsi Bakıya gələcək turistlərin sayının artacağını nəzəra alan ''Bakı Metropoliten'' QSC-nin əməkdaşları yeraltı ictimai nəqliyyat vasitəsində nəzarəti bir qədərdə gücləndirəcək. Metroda yerə zibil atan, oturacağa və ya əl tutacaqlarına saqqız yapışdıranlar cərimə ediləcəklər. ''Bakı Metropoliten''nin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, hər gün demək olar ki, bu cür hallara rast gəlinir.
Qeyd edək ki, bu cür xoşa gəlməz hala görə inzibati xətalar məcəlləsində bir məsuliyyət var. Gün boyu metro vaqonlarını, platforma və keçidləri müşahidə kamerası vasitəsi ilə izləyən polis yeri zibilləyən sərnişinləri dərhal cərimə edəcək.
Aktual.az
Xəbər 357 dəfə oxunub.