Metroda Azərbaycan kinosu

Metroda Azərbaycan kinosu

Bakı metrosunun “Gənclik” stansiyasının keçidlərində Azərbaycan kino tarixində özünəməxsusluğu ilə seçilən filmlərdən ibarət fotoların nümayişi keçirilir.

Aktual.az xəbər verir ki, "Metro Gallery" adlı layihə "Bakı Metropoliteni" QSC, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə reallaşıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sərgidə ümumilikdə 92 əsər nümayiş olunur. O, qeyd edib ki, onlardan 57-si filmlərdən kadrlar, qalanı isə kadrarxasında olan fotolardır:

“Layihə metropolitenin təklifi ilə Lenovo şirkətinin sponsorluğu ilə reallaşdırılıb. Sərgi “Gənclik” stansiyasnın hər iki keçidində 6 ay müddətində nümayiş olunacaq. Avqustun 2-də Azərbaycanda kino günüdür. Həmin vaxta qədər də sərgi davam edəcək”.

Sərnişinlərin, ictimaiyyət nümayəndlərinin marağına səbəb olan sərgidə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Arif Mərdanov, Xidmət şöbəsinin rəisi Lala Babayeva, həmçinin Dövlət Film Fondunun əməkdaşları, o cümlədən tanınmış rejissorlar, operator Kənan Məmmədov iştirak edib.

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR