“Matəm musiqisi səsləndiriləcək”.
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “20 Yanvar” metrostansiyas qərənfillərlə bəzədiləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev məlumat verib.
Nəsimi Paşayevin sözlərinə görə, həmin gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:
“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Metronun “20 Yanvar” stansiyası qərənfillərlə bəzədiləcək və matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarla fit verəcək.Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək”.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.