Metroda 10 dəqiqəlik interval

Metroda 10 dəqiqəlik interval

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib. Belə ki, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “20 Yanvar” stansiyasına 10 dəq intervalla çatıb. 
Aktual.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında “Azadlıq” stansiyasında nasazlıq olub. 
 
QSC rəsmisi bildirib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib: “Bir qatar xəttən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib. Bir qatar çıxdığına görə interval 10 dəqiqə olub. Nasaz qatarın yerinə depodan qatar veriləndən sonra isə qrafik tam bərpa olunub”-deyə N.Paşayev vurğulayıb.
Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR