"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının iş qrafikində dəyişiklik edib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır:
"Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".
Aktual.az
Xəbər 267 dəfə oxunub.