Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə 1990-cı il yanvarın 20-də həlak olanların xatirəsi Bakı Metropolitenində də yad edilir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də bütün stansiyalar qara lentli qərənfillərlə bəzədilib matəm musiqiləri səsləndirilir.
Metronun “20 Yanvar” stansiyasında güllərdən xüsusi ekspozisiya hazırlanıb.
Qeyd edəkki, saat 12:00-da metroda bütün qatarlar dayandırılacaq, eyni anda fit verəcək, daha sonra faciə qurbanlarının xatirəsi sərnişinlərlə birlikdə bir dəqiqəlik sükutla yad ediləcək.