Mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması təklif edildi - Milli Məclisdə

Mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması təklif edildi   - Milli Məclisdə

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında “Diffamasiya haqqında” qanunun qəbulu məsələsini yenidən gündəmə gətirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Ə.Amaşov bildirib ki, bu qanunun qəbul edilməsi zəruridir: “Məsələ prinsipial olaraq belədir ki, jurnalist yazdığı yazıya görə həbs edilməməlidir. Narahatlıq başa düşüləndir, mediada ən müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq konkret təklfilər hazırlayıb, ATƏT-in Bakı Ofisi ekspertizasından keçib”.

Ə.Amaşov bildirib ki, ilkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər.

Devalvasiya nəticəsində mətbuatın üzləşdiyi problemlərə toxunan Mətbuat Şurasının sədri ölkəyə gətirilən qəzet kağızına, həmçinin hazır çap məhsullarına tətbiq ediən ƏDV-nin ləğv edilməsi təklifini verib: “Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq mətbuatın durumunu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR