Almaniya millisinin sabiq futbolçusu Məsud Özil karyerasını başa vurub.
Aktual.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
Hazırda "Başakşehir"də çıxış edən oyunçu gözlənilmədən bu addımı atıb.
Bugünkü məşqdə iştirak etməyən 35 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarına karyerasını bitirəcəyini söyləyib.
Qeyd edək ki, Məsud Özil İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Xəbər 247 dəfə oxunub.