Messiyə görə qadın müxbirə hücum etdilər

Messiyə görə qadın müxbirə hücum etdilər
  • İDMAN

Avropanın ən məşhur idman kanalı olan "BT Sport"un əməkdaşı Linsey Hipqreyv hücuma məruz qalıb.

Aktual.az fanat.az-a istinadən xəbər verir ki, buna səbəb xanım müxbirin Lionel Messinin penaltidən Luis Suaresə ötürmə verməsini tənqid etməsi olub.

Linsey Hipqreyv "Twitter" hesabında bunları yazıb: "Məncə, bu hörmətsizlikdir. Messi daha yaxşı komanda yoldaşı olmaq istəyirsə, penaltini vurmaq haqqını Suaresə verməli idi".

Bundan sonra xanım müxbir "Twitter"dən seksist hücumlara məruz qalıb. Sosial media "trol"ları onun hesabına hücum ediblər. "Trol"lar xanım müxbirə mətbəxdə işi ilə məşğul olmasını və ağzını yummasını məshələt görüblər.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR