Messiyə görə cəza alan qapıçını bağışladılar - FOTO

Messiyə görə cəza alan qapıçını bağışladılar   - FOTO
  • İDMAN

İspaniya Futbol Federasiyasının İntizam komitəsi "Real Betis"in qapıçısı Antonio Adana "Barcelona" ilə oyunda göstərilən sarı vərəqəni ləğv edib.


Aktual.az Goal.az-a istinadən bildirir ki, Komitə "Camp Nou"da baş tutmuş qarşılaşmada referi Bikandi Qarrido tərəfindən Əndəlus klubunun qapısına təyin olunmuş penalti epizodunu düzgün hesab etməyib. Bu epizodda Messinin özünün qapıçı ilə təmasa çalışdığı bildirilib.
Bununla yanaşı, Komitə hakimin qərarına etiraz edən qonaq komandanın çalışdırıcısı Pepe Melin tribunaya göndərilməsini dəstəkləyib.

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR