Dubay hava limanında çalışan polis işçisi məhkəmə qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilir.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, aeroport əməkdaşı argentinalı ulduz Lionel Messinin "şəxsi işlərinə qarışdığı üçün" təqsirli bilinib.
Ötən ilin dekabrında Messi Avropa Klublar Assosasiyasının (ECA) versiyası əsasında "İlin futbolçusu" mükafatını almaq üçün Dubaya getmişdi. Hava limanında sənəd qeydiyyatı şöbəsində çalışan polis isə Messinin passportunu videoya çəkmişdi. Videonu çəkənin "bunu yandırım, ya, sadəcə, geri qaytarım?" dediyi eşidilir. Dubay məhkəməsi bunu ulduz futbolçunun şəxsi işinə müdaxilə kimi qiymətləndirib. Polis əməkdaşı isə videoroliki zarafat adlandırmış və çəkiliş üçün Messinin cangüdənindən icazə aldığını bildirmişdi.