İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi və onun atası vergidən yayınma işi üzrə məhkəmə qarşısına çıxacaqlar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, qərar cümə axşamı İspaniya məhkəməsi tərəfindən qəbul olunub.
Bundan əvvəl Krallıq məhkəməsi Messiyə qarşı irəli sürülən ittihamı geri götürüb, lakin dövlət ittihamçıları futbolçunun məhkəmə qarşısına çıxarılmasına təkid ediblər.
İttiham tərəfi Lionel Messi üçün 22 aylıq, onun atası üçün isə 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb ediblər.