"Messidən onsuz da xoşum gəlmirdi"


Xəbər verdiyimiz kimi, İspaniya La Liqasının 30-cu turu çərçivəsində keçirilən "Vilyareal" - "Barselona" (2:2) matçında qonaqların ulduz futbolçusu Lionel Messinin vurduğu zərbədən sonra top qapı arxasında oyunu izləyən xanım azarkeşə dəyib.

Aktual.az sport7.az-a istinadən xəbər verir ki, nəticədə Rakel Tajuel adlı xanımın biləyi qırılıb.

Məlum hadisə ilə bağlı açqlama verən "Vilyareal"ın fanatı Messidən xoşu gəlmədiyini deyib: "Mən madridliyəm. Messini onsuz da sevmirdim. İndi isə heç sevmirəm. Hadisədən sonra "Barselona" rəsmiləri məni tapıb, tibbi yardım etmək istədiklərini, hər cür köməyə hazır olduqlarını bildirdilər. Mənə "Kamp Nou"da bir oyunu izləməyi təklif etdilər. Bu fürsəti dəyərləndirib, "El Klasiko" üçün bir bilet istəyəcəm".

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR