İspaniya polisi "Barselona”nın hücumçusu Lionel Messini xeyriyyə oyunlarının təşkilindən əldə olunan gəlirləri gizlətməkdə şübhəli bilir.
Aktual.az "azərtac"-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə müstəntiqlər Messinin fondu tərəfindən 2012-ci və 2013-cü illərdə təşkil olunmuş xeyriyyə oyunları barədə məlumatları toplayıblar. Polis fondun gözlənildiyindən daha az vəsait almasından şübhələnir. Fondun hesabına 300 min avro daxil olub. Müstəntiqlərin fikrincə, qalan vəsait ofşor hesablara köçürülə bilər.
Lazımi qədər dəlil toplanmadığından Messi barəsində cinayət işi qaldırılmayıb.
Xatırladaq ki, "Football Leaks” saytının bu yaxınlarda dərc etdiyi məlumata görə, Messi mövsüm ərzində 100 milyon avrodan artıq qazanacaq.
Aktual.az
Xəbər 745 dəfə oxunub.