Messi və atası həbs olundu

Messi və atası həbs olundu

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi və onun atası Xorxe Messi barəsində 21 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə İspaniya məhkəməsi qərar çıxarıb.

Futbolçu və onun meneceri olan atası 2013-cü ilin yayından İspaniyada vergidən yayınma maddəsi ilə ittiham olunub. Adları çəkilən hər iki şəxsin 2007-2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurduğu bildirilib.

Ancaq İspaniya qanunlarına əsasən, cəza 24 aydan az olarsa, şəxslər "dəmir barmaqlıq"lar arxasında qalmayacaqlar. Məhkəmənin qərarına əsasən, Messi 2 milyon avro, atası isə 1.5 milyon avro cərimələnib.//
Report.az 



Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR