Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ABŞ prezidenti Barak Obamaya hədiyyə göndərib.
Aktual.az report-a istinadən bildirir ki, Messi üzərində B.Obamanın qızlarının adı yazılan formanı imzalayaraq Ağ Evə yollayıb.
Bir müddət əvvəl Obama Argentinaya səfər edərkən qızlarının Messinin pərəstişkarı olduğunu, lakin onunla görüşə bilmədiklərini deyib. Futbolçu isə, öz növbəsində, bu açıqlamaya təəccübləndiyini, özünün də görüşmək istədiyini, ancaq hələlik zamanının olmadığını deyib.