“Barselona” klubu və Argentina millisinin hücumçusu Lieonel Messi bəyan edib ki, ard-arda Amerika kubokunun finalında ikinci dəfə məğlub olduqdan sonra bir daha milli komandanın heyətində oynamaq niyyətində deyil.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə idman jurnalisti Sem kelli öz `Twitter` səhifəsində yazıb.
“Mən bu qərarı özüm üçün, həm də bunu istəyənlər üçün edirəm. Bu qərarı qəbul etmək olduqca çətin idi, lakin mən onu dəyişməyəcəyəm”, - deyə Messi bildirib.
Qeyd edək ki, Amerika Kubokunun iyunun 26-da keçirilən finalında Argentina və Çili yığmaları üz-üzə gəlib. Oyunda hesab açılmadığından qalibi on bir metrlik cərimə zərbələri müəyyənləşib.
Burada isə Çili futbolçuları daha dəqiq olub. Nəticədə Çili yığması Argentinanı 4-2 məğlub edərək dalbadal ikinci dəfə Amerika Kubokunun qalibi olub. Messi penaltini dəqiq yerinə yetirə bilməyib.