İspaniyanın "Barselona" klubu futbolçusu Lionel Messini karyerasında 6-cı dəfə "Qızıl buts" mükafatını alması münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, argentinalı hücumçu La Liqada 34 oyuna 36 qol vurub və 13 məhsuldar ötürmə edib.
O, hər iki göstəricidə birinci yeri tutub. Messinin "Qızıl top" uğrunda mübarizədə ən yaxın rəqibi Fransa PSJ-sinin forvardı Kilian Mbappe olub. Mbappe 3 qol az vurub. Üçüncü yeri 26 qolla İtaliya "Sampdoriya"sının hücumçusu Fabio Kvalyarella tutub.
"Qalatasaray"ın oyunçusu Mbaye Dyan 30 qol vursa da, "Top-5"lə müqayisədə Türkiyə Super Liqasının əmsalı 2 yox, 1,5 olduğu üçün o, 4-cü yerlə kifayətlənib. 5 - 11-ci yerlərdə isə hərəyə 22 qola malik Məhəmməd Salah, Sadio Mane (hər ikisi "Liverpul", İngiltərə), Robert Levandovski ("Bavariya", Almaniya), Nikolya Pepe ("Lill", Fransa), Duvan Sapata ("Atalanta", İtaliya), Pyer-Emerik Obameyanq ("Arsenal", İngiltərə), Kşiştof Pyontek ("Milan", İtaliya) tutub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə də "Qızıl buts"a sahib olub.
Xəbər 496 dəfə oxunub.