"Barselona"nın argentinalı ulduzu Lionel Messi azarkeşi olan əfqanıstanlı Murtaza Əhmədə formasını göndərib.
Aktuaal.az qafqazinfo-ya istinadən bildirir ki, əvvəlcə tərəflər görüşmək istəsə də, katalonların futbolçusunun sıx qrafikdə oyunlar keçirməsi buna mane olub.
Messi Murtazaya öz köynəyini, şortunu və corablarını göndərib. Əhməd də arzuladığı formanı geyinərək Əfqanıstan Milli stadionunda meydana çıxıb.
Qeyd edək ki, Murtaza Əhməd sellofanın üzərinə Messinin adını yazaraq geyindiyi forma ilə dünyanın diqqət mərkəzinə düşmüşdü.